Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Vuqledar şəhəri yaxınlığındakı uğursuz hücum əməliyyatı hərbi komandanlıqda yeni gərginliyə səbəb olub.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklər iddia edirlər ki, 155-ci Dəniz Piyada Briqadasının 2022-ci ilin noyabrında Pavlivkada (Vuqledar yaxınlığı) uğursuz hücum cəhdlərinə rəhbərlik edən eyni komandirlər Vuqledarın ələ keçirilə bilməməsinə görə ittiham qarşısında qalıblar.
ISW xüsusən Şərq Hərbi Dairəsinin komandanı, general-leytenant Rüstəm Muradovun hərbi rəhbərliyin sərt ittihamı ilə üzləşdiyini bildirir. Döyüş meydanında dəfələrlə uğursuzluğa düçar olan zabitlərin açıq şəkildə mühakimə (məhkəmədə) olunmasına çağırışlar var. Amerikalı analitiklərin fikrincə, 155-ci Dəniz Briqadası zəif təlim keçmiş səfərbər edilmiş şəxsi heyətdən ibarətdir:
"Rusiyalı çağırışçıların zəif hazırlığı Ukraynaya qarşı müharibədə taktiki uğursuzluqlara səbəb olacaq".
Rüstəm Muradov Azərbaycan ərazisindəki (Qarabağın dağlıq hissəsi) Rusiya "sülhməramlı kontingent"inin keçmiş komandiridir.
Xəbər lenti
Qarabağdan Ukraynaya göndərilmiş rus generalın başı dərddə - Ağır ittiham

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar