Xəbər lenti
Məcburi köçkünlər Türkiyəyə yardım kampaniyasına qoşuldular
Türkiyədə dəhşətli zəlzələ nəticəsində çoxsaylı dağıntıların və insan tələfatının olması, on minlərlə ailənin evsiz-eşiksiz və maddi təminatsız qalması uzun illərdir məcburi köçkünlükdən əziyyət çəkən həmvətənlərimizi də dərindən kədərləndirib. Onlar da türkiyəli qardaş və bacılarımıza yardım göstərmək məqsədilə ölkəmizdə aparılan yardım kampaniyasına qoşulublar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Manevr.az-a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkün icmaları müstəqil şəkildə səfərbər olaraq bu kampaniyada iştirak edirlər. Zərərçəkənlərə göndərilməsi üçün yığılmış yorğan, döşək, digər müxtəlif yataq ləvazimatı və zəruri avadanlıqlar Bakı şəhərindəki Heydər Əliyev adına İdman Konsert Kompleksində yerləşən toplama məntəqəsinə təhvil verilib. Təbii fəlakətlər də məcburi köçkünlüyü yaradan əsas səbəblərdəndir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağda və Şərqi Zəngəzurda ata-baba yurdunu, minbir əziyyətlə tikdiyi evi, heç bir əşya götürmədən, tərk etməyə məcbur qalan azərbaycanlı məcburi köçkünlər Türkiyədə təbii fəlakətin yaratdığı məhrumiyyətləri yaxşı anlayır və bu hadisədən zərərçəkənlərə maddi dəstək göstərməyi öz mənəvi borcları hesab edirlər. Zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, əzizlərinə səbr diləyir, yaralılara tezliklə şəfa tapmağı arzulayırlar.
Səninləyik Türkiyə!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar