Xəbər lenti
Pensiyalarda artım faizi elan olundu
Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:
"Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər ay ödəniləcək.
Əvəllər də qeyd etidiyimiz kimi, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat alacaq.
Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar