Xəbər lenti
Məktəb direktoru bir aylıq əməkhaqqını zəlzələdən zərərçəkənlərə ianə etdi
Xalqımız qardaş Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub.Bu dar gündə qardaş köməyinə çatmaq üçün vətəndaşlarımız yardım toplama məntəqələrinə axın edir. Hər kəs əlindən gələn köməyi, yardımı etməyə çalışır.
Kəlbəcər əhalisi də Türkiyəyə yardım kampaniyasında yaxından iştirak edir.
Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Xəqani İbrahimli də bu nəcib və xeyirxah işdə kənarda qalmayıb, özünün bir aylıq əməkhaqqını zəlzələdə zərər çəkənlərə kömək məqsədi ilə ianə edib. Bu barədə sosial şəbəkədə Xəqani İbrahimli özü məlumat verib: “Bir aylıq əmək haqqımı qardaş Türkiyədə tələfata səbəb olan zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım edirəm”, deyərək o bildirib.
Bu addım həm də digər vətəndaşlarımız üçün bir örnəkdi, xeyirxah addımların atılmasına bir çağırışdı.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.
Xəqani İbrahimli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































