Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Zəlzələdə itkin düşən Şahin Vəliyevin anası danışdı: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”

Tarix: 10-02-2023 10:01     Baxış: 4250 A- / A+
Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cansız bədəninin dağıntılar altından çıxarıldığına dair məlumatlar yayılıb. Məlumatın dəqiqliyini yoxlamaq üçün Şahinin anası Esmira Vəliyeva ilə əlaqə saxladıq.
Manevr.az-ın məlumatına görə, E.Vəliyeva oxu.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:“Dağıntılar altında qaldıqları ehtimal edilən dörd tələbə bir otaqda yaşayırdı. Onlar həm də qrup yoldaşı idilər. Mənim qardaşım oradadır, Gündüz adlı oğlanın atası oradadır. Mütəmadi əlaqə saxlayıram. Hələ oradakı beton örtükləri dağıdıb aşağıya enə bilmirlər. Bu yalan xəbərləri yayanlar bir az bizi düşünsünlər. Oxuyandan özümə gələ bilmirəm. Ölümlə bağlı dəqiq məlumat olsaydı, rəsmi qurumlardan əlaqə saxlayardılar, heç kim bizimlə əlaqə saxlamayıb, elə məlumat yoxdur. Axtarışlar davam etdirilir”.
Qeyd edək ki, Gəncədən olan Şahin Vəliyevin evi Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə atdığı raket atəşləri zamanı dağılmışdı.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar