Xəbər lenti
Türkiyə səfiri humanitar yardımların toplandığı məkana getdi
"İki gündür ki, gecə-gündüz demədən çalışan, dəstəyini əsirgəməyən hər kəsə minnətdarlığımızı bildiririk".
Manevr.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı qardaş ölkəyə humanitar yardımların toplandığı məkanı - Heydər Əliyev adına İdman-Konsert Kompleksini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, 700 dən çox xilasetmə qrupları, həmçinin təlim keçmiş itlər Adana Hava Limanından Türkiyəyə çatdırılıb:
"Cənab Prezident İlham Əliyev bir qədər əvvəl səfirliyimizi ziyarət edərək dəstəyini ifadə edib və xatirə dəftərinə öz başsağlığını yazıb. Eyni zamanda dəyərli qiymətləndirmələrini bizimlə paylaşıb və Azərbaycanın təkcə bu gün yox, bundan sonra da Türkiyənin yanında olacağını, bunun üçün hər cür dəstəyin göstəriləcəyini vurğulayıb".
C.Bağcı Azərbaycan xalqına da təşəkkür edib:
"Əllərindən gələn köməyi əsirgəmədikləri üçün qardaşlarımıza minnətdarıq. Eyni zamanda Heydər Əliyev Fondu da humanitar yardımların toplanmasında öz dəstəyini verir ki, bu da bizim üçün çox dəyərlidir. Bu gün Azərbaycanla Türkiyə yenə də tək ürək olub. Ümid edirik ki, ən qısa zamanda Türkiyə öz yaralarını sarıyacaq".report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar