Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanlıların sığınacaq arzusu: statistika yayılıb

Tarix: 08-02-2023 16:12     Baxış: 4274 A- / A+

2014-2021-ci illərdə 111 min 528 Gürcüstan vətəndaşı Avropa İttifaqı məkanında sığınacaq almaq üçün rəsmi müraciət edib. Xəbəri Avropa Statistika Bürosuna istinadla Gürcüstan mənbələri yayıb.
Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
 Manevr.az bildirir ki, statistikaya görə, 2014-2021-ci illərdə gürcüstanlıların 36 minə yaxını Fransada, 33 mini Almaniyada, 7695-i İtaliyada, 6730-u Yunanıstanda sığınacaq almağa cəhd göstərib.
Məlumata əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Avropa İttifaqı məkanında 26 min nəfərə yaxın Gürcüstan vətəndaşından sığınacaq müraciəti alınıb, ilin ilk dörd ayında 390 gürcüstanlıya müsbət cavab verilib.
Gürcüstanlıların ölkədən getmək istəyinin əsas səbəbləri kimi işsizlik, yüksək inflyasiya, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda təhlükəsizlik qayğısı göstərilir.novator.az

 Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar