“Türkiyənin şəhərlərində binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlılar barədə araşdırma aparılır”.
Manevr.az xəbər verir ki, bunu oxu.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Xəbər lenti
Dağıntılar altında qalan azərbaycanlı tələbələr çıxarılıbmı? - ŞƏKİL
O qeyd edib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir:
“Hələlik ətraflı məlumat yoxdur”.
Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva açıqlamasında bildirib ki, zəlzələdən əziyyət çəkənlər çoxdur:
“Minlərlə insan zərər görüb. Onların arasında azərbaycanlıları müəyyənləşdirmək üçün çalışırıq. Xüsusilə azərbaycanlı tələbələrlə əlaqədar məlumatlarda dəqiqlik yoxdur. Burada ali məktəblərdə sessiya bitib. Çox tələbə Azərbaycana qayıdıb, ona görə hazırda zəlzələ bölgəsində nə qədər tələbə olduğunu bilmirik”.
Zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə yayılan xəbərlərə gəlincə, Aygün Qocayeva bu barədə dəqiq məlumat olmadığını söyləyib:
“Biz həmin tələbələrlə əlaqə qura bilməmişik”.
Qeyd edək ki, Malatyanın İnönü Universitetinin tələbələri olan dörd azərbaycanlının dağıntılar altında qaldığı, ötən gün gecə isə xilas edildiyi haqqında məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 3 381 nəfər həyatını itirib, 20 426 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar