Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçayın sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub

Tarix: 07-02-2023 09:52     Baxış: 4172 A- / A+


  
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az-ın apa-ya istinadla xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.
Vahid Şükürov eyni məcəllənin 312.2 rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İbtidai araşdırmanın sonunda təqsirləndirilən şəxsin əməli Cinayət Məvəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.
Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40 gün sonra ev dustaqlığına buraxılıb.
Ötən gün Vahid İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova da hökm oxunub.
Rəşad Şükürov da rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib, lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yumşaldıcı halları nəzərə alaraq ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar