Xəbər lenti
İnsan var ki, illərlə görüşməsən də könlündəki yeri dəyişməzdir - dosta təbrik
Cəsarət Məmişoğlu
Hər kəsin doğulduğu bəlli bir gün var. Bu günü qeyd etməyin tarixi yəqin ki, çox uzaq illərə dayanır. İlk kim düşünüb, harda, hansı şəraitdə ağıla gəlib, bilmirəm.
Amma görünən o ki, bu məqam insanlara xoş ovqat bəxş edib və zaman keçdikcə daha müasir, kreativ formalarda qeyd edirlər doğum günlərini. Əslində doğum günü xarakterə bağlı bir nüansdır. Yəni kimsə ailəiçi, kimsə daha geniş, kimsə dostları ilə birgə, kimsə də yalnız qeyd etməyi sevir bu özəl günü. Qeyd etməyi sevməyənlər də bir ayrı kateqoriya... Elə insanlar var ki, kilometrlərlə məsafə uzaqlığında olsa da həmişə yaxındır sənə. Qan bağlılığı olmasa da doğmalıq duyarsan ona qarşı. İllərlə görüşməsən də könlündəki yeri dəyişməzdir. Həyat, yaşamaq tələbi, iş həyatı bəzən ən yaxın dostları belə ayrılmağa məcbur edir. Amma bu ayrılıq fiziki-cismani mahiyyət daşıdığından münasibətlərə kölgə salmaz. Yanında olmasan belə, özəl gününü unutmazsan, yaddaşının bir küncündə özünə yer edər.
Bu gün illərin sınağından keçmiş, sevincli-kədərli neçə-neçə ortaq xatirələrimiz olan dəyərli və əziz dostum Cəsarət Məmişoğlunun (Qasımovun) doğum günüdü. Bizi birləşdirən dəyərlər, aramızdakı qırılmaz bağlar imkan verir ki, ona qardaşım deyə müraciət edim. İş birliyindən, söz sevgisindən başlanan münasibətimiz zamanla dostluğa çevrildi.
Oxşar duyğuları, bənzər hissləri yaşayan bizlərin bir ortaq ağrımız da vardı -yurd həsrəti. Şükürlər olsun ki, artıq 3 ilə yaxındır bu həsrətimizə son qoyulub. Peşəsini sevən, əməksevərliyi, dürüstlüyü ilə çalışdığı hər yerdə hörmət qazanan Cəsarət əsl vətəndaşdır. İctimai fəallığı, hadisələrə münasibəti bunu bir daha təsdiq edir. Cəmiyyətdə nə qədər nüfuzludursa, ailədə, dostlarının arasında bir o qədər sevilən və əzizdir. Şair təbiətlidir, qələmindən çıxan xeyli sayda poeziya nümunələri var. Saymaqla bitməyən müsbət keyfiyyətlərin cəm olduğu bu insan, bu dost ən gözəl sözlərə layiqdir. Bəzən insan ən doğmasına hisslərini, ürək sözlərini ifadə etməkdə çətinlik çəkir. Çünki söz aciz qalır o duyğuların, illərdir ürəkdə bəslənən, heç azalmayan o sevginin yanında. Əziz dostum, dəyərli qardaşım, doğum günün mübarək! Yaşının üstünə yaş gəlir, bu səni qorxutmasın. Hələ yaşanacaq illər qabaqdadır. Sevinci, uğuru bol, nailiyyətlərlə dolu, sağlam ömür, xoşbəxt və firəvan həyat diləyirəm sənə. Səninlə qürur duyuram, əziz dost! Nə yaxşı ki, varsan və nə yaxşı ki, biz dostuq. Qarabağlı, Fizulili... ömrün uzun olsun!
Namiq

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar