Xəbər lenti
İctimai nəqliyyatda gediş haqlarının artması taksilərə şamil olunacaqmı? - VİDEO

İctimai nəqliyyatda gediş haqqının artırılmasından sonra sosial şəbəkələrdə bu qərarın taksi xidmətlərinə, xüsusi ilə də insanların ən çox istifadə etdikləri "manatlıq” taksilərə şamil olunub-olunmayacağı ilə bağlı müzakirələr gedir.
Manevr.az məlumat verir ki, "ATV XƏBƏR” mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Aparılan araşdırmadan məlum olur ki, müzakirələr əsassız deyil. "Manatlıq” taksi xidməti ilə məşğul olan sürücülər qiymət artımında maraqlıdırlar.
Vətəndaşlar isə yanacağın qiymətində hər hansı artımın olmamasını əsas gətirərək, taksilərdə gediş haqqının qaldırılmasını düzgün hesab etmirlər.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz mütəxəssislər də vətəndaşlardan fərqli düşünmürlər. Onlar bildirirlər ki, taksi xidmətlərində gediş haqlarının artırılması üçün heç bir əsas yoxdur. Bu qərar yalnız ictimai nəqliyyata şamil edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar