Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda QNET rəhbərinin bahalı saatını işçisi necə oğurlayıb? - “Məni sillə ilə vurdu...”

Tarix: 02-02-2023 19:09     Baxış: 4365 A- / A+

QuestNet Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (QNET) ofisində baş verən oğurluq hadisəsi ilə bağlı məhkəmə işi yekunlaşıb. 

Manevr.az
-ın məlumatına görə, hadisə Bakı şəhəri, Nərimanov rayonu, 37 saylı ünvanda fəaliyyət göstərən "QNET” LTD-nin ofisində baş verib. Oğurluğu isə 1997-ci ildə Sabirabad şəhərində anadan olmuş, rayonun Bəylik kəndində qeydiyyatda olan və Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə fərdi tikilidə kirayədə yaşayan Yaşar (şərti) adlı işçi törədib. O, müdirinə məxsus 4.207,5 manat dəyəri olan (2.475 ABŞ dolları) "Bernhard H.Mayer” markalı qol saatını oğurlayıb. 

Yaşar oğurluq törətməsi ilə bağlı faktı belə təsdiqləyib: 

"QNET” LTD-də təxminən 2022-ci ilin may ayının əvvəllərindən işləyirdim. İş yeri sonradan Nərimanov rayonunda yerləşən ofislərdən birinə köçdü. İş fəaliyyəti turizm paketlərinin, brend saatların və digər məhsulların internet üzərində sifarişi və satışından ibarətdir. Şirkətdə təxminən 50 nəfərdən çox əməkdaş var idi. Şirkət rəhbərinin qolunda xatırlamadığım markaya məxsus qol saat gördüm. İş yoldaşım dedi ki, saatın qiyməti təxminən 2.000 ABŞ dollarından bahadır. Şərait yanandığı zaman saatı oğurlayaraq, satmaq qərarına gəldim. 15 may 2022-ci il tarixdə saat 16 radələrində saatın ofisdə masanın üzərində olduğunu gördüm və götürdüm.

Daha sonra saatı şirkətin anbarında yerləşən tualetdə unitazın su toplanan hissəsinə atdım. Məqsədim saatın su keçirib-keçirməməsini öyrəndikdən sonra satmaq idi. Bundan sonra 17 may 2022-ci il tarixdə şirkət rəhbəri nahar fasiləsində söhbət zamanı saatını tapan şəxsə 1.000 dollar pul verəcəyini bildirdi. Fikirləşdim ki, saatı onsuz da sata bilməyəcəm, onu tapmış kimi göstərib, 1.000 dollar alım. Anbara düşüb saatı gizlətdiyim yerdən götürdüm, iş yoldaşı Seyidə verib, onu şirkət rəhbərinə çatdırmasını və tualetdən tapdığını bildirməsini xahiş etdim".
 

 
Bir qədər sonra şirkət rəhbəri ondan niyə oğurluq etdiyini soruşub. O da oğurluq etmədiyini bildirib. "Şirkət rəhbəri saatının, daha sonra isə Nicatın, Qabilin və Kənanın pul kisələrinin kim tərəfindən oğurlandığını soruşdu. Əvvəlcə pul kisələrinin kim tərəfindən oğurlanmasından xəbərimin olmadığını, saatı isə sadəcə olaraq tapdığımı bildirdim. Həmin vaxt orada bizdən başqa Seyid, Murad və Rafiq də var idi".

Yaşar şirkət rəhbərinə saatı oğurladığını dedikdən sonra Fuad onun sifətinə şillə vurub. Bundan sonra onu işdən çıxarıblar və polisə şikayət ediblər.

Yaşar 44 günlük Vətən müharibəsinin iştirakçısı olmasını, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə onun Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, "QuestNet” Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Namiq Abbasov Elmas oğludur.(qaynarinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar