Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Natəvan Bayramovaya yeni vəzifə verildi

Tarix: 01-02-2023 10:44     Baxış: 3274 A- / A+


Natəvan Bayramovaya yeni vəzifə verildi


Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.
 
Bu barədə DMX-dən məlumat verilib.
 
Bildirilib ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.
 
N.Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
 
Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.
 
Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.
 
Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir. Fəaliyyəti ilə əlaqadər bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
 
Ailəlidir, iki övladı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar