Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda siçan gəzən şirniyyat mağazası bağlandı

Tarix: 31-01-2023 15:07     Baxış: 3297 A- / A+


Bakıda siçan gəzən şirniyyat mağazası bağlandı
Bakının mərkəzində şirniyyat mağazasının fəaliyyəti dayandırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, unlu və kremli məmulatların satışı müəssisəsində siçan aşkarlanması ilə bağlı sosial media səhifələrində yayılan görüntülər əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən fiziki şəxs Nağıyev Rafət Kontov oğluna məxsus müəssisədə plandankənar yoxlama aparılıb. Bu zaman qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib. Həmçinin temperatur rejiminin gözlənilmədiyi, çay və kofe hazırlanması üçün xüsusi şöbələrin ayrılmadığı, satışı həyata keçirilən unlu və kremli qənnadı məmulatlarına dair etiket məlumatlarının istehlakçılara təqdim olunmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi üzə çıxıb. Bundan əlavə, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi, tullantı qabların ağzı açıq vəziyyətdə saxlandığı aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin  fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda müəssisədə satışı həyata keçirilən “ekler” məhsulundan müvafiq sınaqların aparılması məqsədi ilə nümünə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər  keçirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar