Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

500 manat sosial müavinət almaq üçün lazım olan sənədlərin SİYAHISI

Tarix: 30-01-2023 17:17     Baxış: 3340 A- / A+


Azərbaycanda dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilib.

Manevr.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Müavinət almaq hüququ olan şəxslər

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər.

Müavinət hansı halda təyin olunur?

Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə.

Müavinətin məbləği

500 manat

Müavinət kimə və hansı müddətə təyin edilir?

Müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə təyin edilib ödənilir.

Müraciət etmə qaydası

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Tələb olunan sənədlərin siyahısı

Dəfni təşkil edən şəxsin şəxsiyyət vəsiqəsi;
Vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsi;
Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar