Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərsu” deputata cavab vermir: “Vallah-billah, mən bunları başa düşə bilmirəm”

Tarix: 30-01-2023 15:04     Baxış: 3249 A- / A+


“Azərsu” deputata cavab vermir: “Vallah-billah, mən bunları başa düşə bilmirəm”

“Azərsu” ASC-yə 3 ay bundan öncə məktub yazmışam ki, insanlar var ki, ana su xətti evlərindən 200 metr uzaqdan keçir, deyirlər fərdi qaydada pul ödəyirik, su çəksinlər”. 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 yanvar tarixli iclasında Rüfət Quliyev bildirib. 
“Bir ildir çalışıram, bunu edə bilmirəm. İstərdim ki, “Azərsu” ASC-nin rəhbəri desin ki, bu, niyə mümkün deyil? Bunu havayı istəmirik ki? İkinci məsələ budur ki, necə olur Milli Məclisin deputatının məktubuna 3 ay cavab verməsinlər? Bu gün mənim köməkçim zəng edib deyir ki, Rüfət müəllim, sizin məktubu itiriblər, məktubu tapa bilmirlər. Bunlar başını itiriblər! Bir məktubu tapıb cavablandıra bilmirlər. “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq, ya da texniki imkan yoxdur”, - deyə Rüfət Quliyev bildirib. 
Maraqlıdır, bu çıxışdan sonra qurumdan deputata cavab verilibmi? 
Deputat Rüfət Quliyev cebhe.info-ya açıqlamasında bildirib ki, qurumdan hər hansı bir reaksiya verən olmayıb: 

"Əfsuslar olsun ki, heç bir reaksiya yoxdur, zəng yoxdur. Ümumiyyətlə, bu qurumun qəribə siyasəti var. Vallah-billah, mən bunları başa düşə bilmirəm. İnsanlar var ki, istəyir, bağına, evinə su çəkdirsin. Deyir, nə lazımdır, ödəyirəm, suyu çəkin. Bu məsələ 11 aydan çoxdur, gedir, amma hələ də həll olunmur. Məktub məktub dalınca yazılır. İndi də yaxşı yol tapıblar, məktuba cavab vermirlər. Bunun da adını qoyurlar ki, hələ hazırlaşmamışıq. Komitə iclasında təklif elədim ki, qurumun rəhbərini dəvət edək, suallarımızı verək. 
Konkret narazılıq çoxdur ki, bunlar niyə belə edirlər? Bir təşkilata, dövlət qurumuna deyirsən ki, pulsuz yox, pulu ilə çəkmək lazımdır. Bir deyil, iki deyil, üç deyil, nə qədər kəndlər var. Hamısı da mənə müraciət edir ki, Rüfət müəllim, biz də razıyıq, pul yığaq, danışaq, kömək olunsun. Sözün açığı, bu mövqeyi başa düşə bilmirəm. Məgər, mən bunu özüm üçün istəyirəm? Orada da qazi ailələri, şəhid ailələri , müharibə iştirakçıları var. Qurumun mərkəzində oturanları başa düşmürəm, niyə belə siyasət həyata keçirirlər. İnsanlar pulu ilə istəyirlər də, havayı istəmirlər ki. Demirlər ki, xərci siz qoyun. Burada həll edilməli başqa məsələlər də var, hələ bunu həll edək. Allah Kərimdir". 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar