Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib

Tarix: 30-01-2023 12:45     Baxış: 3701 A- / A+

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evindən İkinci Şəhidlər xiyabanına yola salınıb.

Yasamal rayonunda yerləşən evinin qarşısında şəhidlə vida mərasimi keçirilib. Daha sonra Orxan Əsgərovun nəşi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına yola salınıb.
Şəhid Orxan Əsgərovun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına gətirilərək dəfn edilib. Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.
Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22:00 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar