Xəbər lenti
İranın həbs olunan casus şəbəkəsi və Xankəndidə gizlənən cəza dəstəsi - Səfirliyə terror hücumu ilə inanılmaz əlaqə
Tehranda Azərbaycan səfirliyinə xain terror hücumu İranda ənənəvi media ilə yanaşı, sosial mediada da geniş müzakirə edilir. #آذربایجان (əski əlifba ilə Azərbaycan sözünün yazılışı) həştəqilə on minlərlə tvit və postlar yazılır, şərhlər verilir.
Teleqram kanalları daha çox SEPAH-a yaxın KİV-lərin rəylərini tirajlayır, teraktı məişət zəminində baş vermiş hadisə kimi təqdim edir. Hadisənin 3-cü dövlətlər tərəfindən törədildiyi, məqsədin Tehran-Bakı münasibətlərini gərginləşdirmək olduğu haqda versiyanı inkişaf etdirmək cəhdləri də var (Yeri gəlmişkən, hər iki versiya Azərbaycandakı açıq və gizli irançılar tərəfindən də dəstəklənir). Daha həyasız təbliğatçılar bir az da irəli gedərək hadisənin Azərbaycanın özü tərəfindən törədildiyini və məqsədin İrana hücuma haqq qazandırmaq olduğunu iddia edirlər.
Tvitterdə isə obyektiv kontent daha çoxdur, #IRGCterorrists və #سپاه_تروریستی (ingilis və fars dillərində: “SEPAH terroristdir”) həştəqləri ilə paylaşılan yazılarda teraktın İslam İnqilab Keşikçiləri tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi yazılır. Belə tvitlərdən birinin məzmunundakı kiçik, amma mühüm detal bütövlükdə teraktın mahiyyətini anlamaq baxımından maraqlı ola bilər. Ali Arkani adlı sosial media fəalı tvitində belə bir nüansa diqqət çəkir ki, terakt Bakıda İran casusu Zahir Əsgərovun üzərindəki məhkəmədən iki gün sonraya təsadüf edib və qisas aktıdır.
Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan təhlükəsizlik orqanları İranın yaratdığı casus şəbəkəsinin ifşa edilməsi haqda məlumat yaymışdı. “Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Fəxrəddin oğlu Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. Z. Əsgərov ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, ... Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır”-deyə rəsmi məlumatda bildirilirdi.
Məlumatda digər şəxslərin də adı keçirdi. Onlardan birinin də Qumda təhsil aldığı, digərinin isə əldə etdiyi məlumatları Teleqram tətbiqi vasitəsilə İranda Azərbaycan Araşdırmaları Mərkəzi adlı qurum yaratmış, “Hüseyniyyun” terror qruplaşmasının rəhbərlərindən biri olan Orxan Məmmədova göndərdiyi bildirilirdi.
SEPAH-ın “Qüds” qüvvələrin sabiq komandiri, ABŞ kəşfiyyatı tərəfindən zərərsiz cəsədə çevrilmiş Qasim Süleymani tərəfindən yaradılan “Hüseyniyyun” İranda təhsil alan və almış Azərbaycan Respublikası vətəndaşlarından təşkil olunub, qruplaşma ilk dəfə 2018-ci il Gəncə hadisələri zamanı dövlətə açıq meydan oxuyub. Ötən illin əvvəllərindən qruplaşmanın İranda bəslənən üzvlərinin geri təhvil verilməsi haqda Prezident də daxil olmaqla, Azərbaycan rəsmiləri tərəfindən edilmiş müraciətlər hələ ki, müsbət cavablandırılmayıb.
Ola bilsin ki, “Hüseyniyyun”a edilən stavka düşündüyümüzdən daha böyükdür. Son aylar ərzində “Qafqazşünas” ekspertlərin- Şiva Əlizadə, Akef Kazemi, Bəhmən Şueyb, Ehsan Müvəhhəddianın Azərbaycanı qarışdırmaq üçün “Hüseyniyyun”dan istifadə çağırışları haqda dönə-dönə məlumat verilib. Həbs olunan şəxslərin məlumatları məhz “Hüseyniyyun” üçün toplaması, özlərinin də “Hüseyniyyun” üzvləri kimi İran təhsilli Azərbaycan vətəndaşları olması, görünür, təsadüf deyil. Onların ifşa olunması İranı, daha doğrusu, SEPAH-ı və “Hüseyniyyun”u kurasiya edən “Qüds” qüvvələrini ciddi rahatsız edir. Bu arada Tehranın polis rəisi, SEPAH zabiti Əhməd-Rza Radanın hücumçuya maneə olmamaq haqda polisə göstəriş verdiyi haqda xəbərlər də yayılıb.
SEPAH-ı Azərbaycana qarşı qisas əməliyyatı keçirməyə təhrik edə biləcək başqa bir ifşa hadisəsi də ötən il qeydə alındı. Belə ki, İrandan Xankəndiyə keçmiş, terrorçu olmaları ehtimal edilən şəxslərlə bağlı Azərbaycan tərəfi rəsmi Tehrana etiraz etmişdi.
Bununla bağlı Azərbaycan mediasında getmiş yazılarda həmin 14 terrorçunun Xuzistan vilayətinin İzə ( mətnlərdə yanlış olaraq İzeh) şəhərindən olduğu bildirilirdi. Məlumat verilirdi ki, “Xuzistanın əsas əhalisi” ermənilərdir, terror qruplaşması üzvləri də ermənilərdir. Əslində o zaman bizim media informasiya xətasına yol vermişdi. Xuzistan (keçmiş adı İran Ərəbistanı, separatçı adı “Əhvaz dövləti”) əhalisinin əksəriyyət ərəblərdir, İzə şəhərinin əhalisi isə bəxtiyari və ərəblərdir.
Terrorçuların Xankəndiyə keçdiyi günlər İzədə 9 yaşlı Kian Pirfələk də daxil olmaqla çoxsaylı dinc sakin etiraz aksiyalarını yatıran SEPAH qüvvələri tərəfindən gülləboran edilmişdi. Valideynlərinin, Əhvaz milli hərəkatının, etiraz aksiyası iştirkaçılarının çoxsaylı faktlarına, o cümlədən videogörüntülərə rəğmən SEPAH cinayəti üstündən atır, kütləyə “terrorçular tərəfindən” atəş açıldığını iddia edirdi. Lakin o “terrorçuların” kimliyi bilinmədi.
Çünki qeyri-müəyyən “terrorçular” yox, SEPAH-ın xüsusi cəza dəstəsi var idi . “Artsax” hərbi xuntası ilə narkotrafik ortağı olan SEPAH öz gizli cəza dəstəsi üzvlərini gizlətmək üçün məhz Xankəndini seçmişdi. Bu faktın tam olmasa da açılması (ona görə tam deyildi ki, gizlədilənlərin erməni əsilli olduğu iddia edilmişdi-C.Q) SEPAH-ı yetərincə qəzəbləndirmişdi. Təsadüfi deyil ki, SEPAH-a yaxın media indi də Laçın yolunda aksiyanı erməni mediası qədər, eyni dil və üslubda tənqid edir, yolun açılmasını tələb edir, bu məqsədlə Bakı ilə sərt danışmağa çağırış edir.
Cəmaləddin Quliyev

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar