Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL yeni təyyarələr alacaq

Tarix: 27-01-2023 12:11     Baxış: 3352 A- / A+
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.
Manevr.az bu barədə AZAL-a istinadən xəbər verir. 
Məlumata görə, bu günə kimi aviaşirkət üç "Airbus A320Neo" təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.
“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.
AZAL-ın donanmasını müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə genişləndirməsi aviaşirkətin beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar