Xəbər lenti
Müəllimlərin maaşları nə zaman artacaq? - Deputat
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat xatırladıb ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqları yanvarın 1-dən etibarən artırılıb: “Bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar da qəbul olundu. Bu aydan etibarən VTC dərəcələrində orta hesabla 15 faiz artım həmin işçilərin maaşlarına əlavə olunacaq. Bütövlükdə səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əməkhaqqıları son artımlara aid olundu”.
Vüqar Bayramov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in hər birinin ayrıca əməkhaqqı sxemi var: “Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.
Bu sektorlar üzrə çalışan və əməkhaqqıları minimum səviyyədən aşağı olanların maaşları artıq artırılıb. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz. Yəni, əgər kimsə təhsil və səhiyyə sektorunda çalışırsa və əməkhaqqısı 300 manat idisə, o vətəndaşlarımızın maaşları artıq artırılıb. Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqılar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur.
Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay zaman ayrılmışdı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar