Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bununla bağlı prezidentin rəsmi sərəncamı olmadığı halda onun səlahiyyətlərinin əlindən alındığı bildirilirdi.
Manevr.az xəbər verir ki, Manset.az “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasovla əlaqə saxlayıb.
O, açıqlamasında məlumatın yalan olduğunu bildirib:
“Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb. Təbii ki, bu məlumatlar yalandır. Cahangir müəllim hazırda işinin başındadır. Mən elə Cahangir müəllimin yanındayam. Onun səlahiyyətlərinin əlindən alınması ilə bağlı xəbər cəfəngiyyatdır. Biz hazırda hamımız onun rəhbərliyi ilə işimizin başındayıq.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar