Xəbər lenti
Quranı yandırması Avropa insanının nə qədər cahil olduğunu göstərir"
Yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Nümayiş zamanı “Qurani-Kərim” yandırılıb. Oman, Qətər, Misir, Fələstin, Livan, Əlcəzair, Mərakeş, Yəmən və digər ölkələr İsveçdə ifrat sağçı siyasətçinin “Qurani-Kərim”i yandırmasını pisləyib.
Maraqlısı budur ki, yanvarın 21-də Stokholm şəhərində keçirilən aksiya İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında keçirilib. Aksiyada ultra-sağ “Sərt xətt” partiyasının başçısı, habelə Hollandiyada “Pegia” qrupunun lideri tərəfindən demokratiya və ifadə azadlığı şüarı altında Quranın yandırılması İslam dininə, onun mübarək Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış və mənəvi cinayət kimi qiymətləndirilir. Amma gəlin bir nüansa diqqət edək. Müqəddəs kitab olaraq Quran ən son nazil olmuş müqəddəs kitab hesab edilir. Quranda digər dinlərin peyğəmbərləri, dinləri haqqında da ayələr, surələr mövcuddur. Quranda İsa Peyğəmbərin, Musanın, Həzrəti Məryəmin və İslam dinindən başqa digər dinlərə mənsub olan müqəddəslərin adları xüsusi sayğıyla çəkilir. Yəni əslində Quranı cırmaq, yandırmaq təkcə İslam dininə deyil, bütün dinlərə həqarətdir. Quranı yandırmaqla özünü İslamı aşağılamış kimi göstərən, müsəlmanlara həqarət etdiyini düşünənlər və buna şərait yaradanlar əslində özlərini də alçaldır, aşağılayır və öz dinlərini də yandırır.Quranı yandırmaq təkcə İslam dininə həqarətdirmi?
Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu bizimyol.info xəbər portalı üçün məsələni şərh edib. Qeyd edib ki, İsveçdə Quranın yandırılması, Avropa insanının kitaba, insana, inanca, fərqli düşüncəyə verdiyi dəyərin hansı ölçüdə olduğunun nümunəsidir. Məsələnin siyasi tərəfində Türkiyəni hiddətləndirərək, yanlış addım atmağa məcbur edib, bunun üzərindən divident əldə etmək istəkləridir.
“Bir vandalın Quranı yandırması Avropa insanının Quran haqqında nə qədər cahil olduğunu göstərir. Onlar Quranın oxumaq, düşünmək, ədalətli olmaq, yaxşılıq etmək, məşvərət, yardımlaşma kimi əsas prinsiplərini görməzdən gəlirlər. Digər tərəfdən ən cahil qaldıqları məsələ isə Xristian inancının mərkəzində yer alan Həzrəti İsa və anası Həzrəti Məryəmin adlarının Quranda yer aldığını bilməmələridir. Quranda 19-cu surənin adı Məryəmdir. Məryəm surəsində Zəkəriyyə və Yəhya kimi peyğəmbərlərin adları çəkilir. Yenə Yəhudilərin peyğəmbəri həzrəti Musanın, həzrəti Harunun adları keçir Quranda. Quranda Zəbur, Tövrat və İncil kitablarından da bəhs edilir. Onlar ehtimal ki Quranda Tanrı-Oğul(İsa)-Qutsal Ruh (Cəbrail) haqqında verilən məlumatlardan da xəbərsizdirlər”.
Professorun sözlərinə görə, Quranın yandırılması sadəcə müsəlmanların qutsal kitabı deyil, eyni zamanda Yəhudi və Xristianlar üçün qutsal qəbul edilən şəxslərin peyğəmbərlərin və kitabların adlarının keçdiyi bir kitabın yandırılması deməkdir.
“Sonda Quranı yandıran Avropa insanına ən gözəl cavab elə Məryəm surəsi, 96-cı ayə ilə verilməlidir: "Şübhəsiz, Rəhman (olan Allah) iman gətirib yaxşı işlər görənlərin qəlblərində bir-birinə qarşı sevgi yaradacaqdır."”-deyə professor fikrini yekunlaşdırıb.
P.S. Əslində Quranın yandırılması, təkcə İslam dininə həqarət kimi dəyərləndirməməlidir. Yəhudilər, xristianlar da bu məsələyə laqeyid yanaşmamalı, biganəlik nümayiş etdirməməlidir. Çünki Quran digər dinlərin müqəddəslərini də müsəlmanlara toxunulmaz, müqəddəs şəxslər kimi təqdim edən bir ali kitabdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar