Xəbər lenti
“Toppuş bacı”nın ölümünü nə sürətləndirdi? - Həkimdən AÇIQLAMA
İllərdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın xəstəliyinin irəliləməsinə səbəb kimi həm də mədəkiçiltmə əməliyyatı göstərilir. Belə ki, mərhum sənətçi artıq çəkilərindən qurtulmaq üçün iki dəfə sözügedən əməliyyatı keçirmişdi.
O, ilk əməliyyatını 2013-cü ildə türkiyəli həkimə həvalə etsə də, nəticə uğursuz oldu. Bundan sonra sənətçi ikinci dəfə Tariyel Ömərov adlı həkim tərəfindən əməliyyat olundu. Bundan bir müddət sonra isə səhhəti pisləşən aktrisada xərçəng xəstəliyi aşkarlandı və dərhal əməliyyat olundu. Buna baxmayaraq, həmin gündən sonra sənətçi bir daha əvvəlki sağlamlığına qovuşa bilmədi.
Sənətçi özü də qonaq olduğu efirlərdə mədəkiçiltmə əməliyyatından sonra yaxşı yeyə bilmədiyi üçün immunitetinin azaldığını və xəstəliyin onu üstələdiyini dəfələrlə açıqlamışdı.
Aktrisanın ölümü son zamanlar sürətlə yayılan mədəkiçiltmə əməliyyatlarını bir daha gündəmə gətirib. Sözügedən əməliyyatların həyatı təhlükə yaradıb-yaratmaması, hansı hallarda risk daşıdığı müzakirə olunub.
Bəs, hansı hallarda mədəkiçiltmə əməliyyatı etmək olar? Ümumiyyətlə, mədəkiçiltmə əməliyyatı xərçəng yaradırmı?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla xərçəng xəstəliyini birbaşa bariatrik cərrahiyyə ilə əlaqələndirməyin düzgün olmadığını bildirib:
“Mədənin həcminin kiçildilməsi (Sleeve Gastrektomiya) zamanı qida qəbulu azalır və bədən çəki itirir. Xərçəng xəstəliyinin yaranma səbəbləri tibbə tam aydın deyil. Burada immun sisteminin zəifləməsi, kimyəvi konserogenlər, bəzi ankogen viruslar, ionlaşdırıcı şüalanma və s. xeyli rolu var. Ona görə də bu xəstəliyin yaranma səbəbini birmənalı demək çətindir. Amma nəzərə alaq ki, onkoloji xəstəliklər həm də immun sisteminin zəifliyinə bağlıdır. Məsələn, Covid-19 pandemiysından sonra ümumi onkoloji xəstəliklərin xüsusi çəkisinin artması müşahidə olunur. Burada hansısa səbəb-nəticə əlaqəsi ola bilər”.
Onun sözlərinə görə, onkoloji xəstəliklərin səbəbi bilinmədiyi kimi, bunun birmənalı müalicəsi də mümkünsüzdür:
“Bütövlükdə götürəndə isə onkoloji xəstəliklərin səbəbləri tam bilinmir. Belə bir deyim var ki, hər bir oqranizm öz onkologiyasına qədər yaşaya bilir. Dünyada nə qədər insan orqanizmi varsa, o qədər onkologiya olacaq, sadəcə olaraq bunun sayının artmasından söhbət gedə bilər. Heç vaxt da onkoloji xəstəliklərin birmənalı müalicəsi söhbəti olmayacaq. Müəyyən gəlişmələr, yaxşılaşmalar olacaq, amma onkoloji xəstəliklərə birdəfəlik nöqtə qoymaq mümkün olmayacaq. Bu birmənalıdır. Ona görə də mən hesab edirəm ki, mədəkiçiltmə əməliyyatlarının birbaşa xərçəng yaratdığı haqqında rəy irəli sürmək düzgün deyil. Hər halda, bariatrik cərrahiyə yeni başlayıb və bununla bağlı nəticələr ümumiləşdirilir. Ola bilər ki, bir zaman sonra bu əməliyyatlar vətəndaş hüququ qazanmasın, ola bilər, daha geniş yayılsın. İndidən bunu demək çətindir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar