Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Braziliyanın Baş Qərargah rəisi iğtişaşlara görə vəzifəsindən azad edilib

Tarix: 22-01-2023 14:38     Baxış: 3211 A- / A+


Braziliyanın Baş Qərargah rəisi iğtişaşlara görə vəzifəsindən azad edilib
Braziliya Prezidenti Lula da Silva Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Culio Sezar de Arrudanı vəzifəsindən azad edib.
Manevr.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, general Culio Sezar de Arruda Konqresə basqın zamanı məsuliyyətsizliyə yol verdiyi əsas gətirilərək vəzifəsindən azad olunub.
Braziliya mətbuatının yazdığına görə, Culio Sezar de Arruda yanvarın 8-də sabiq Prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə hücum zamanı təcili və effektiv tədbirlər görməyib.Qeyd edək ki, Culio Sezar de Arruda sabiq Prezident Jair Bolsonaro tərəfindən 30 dekabr 2022-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilmişdi.
Xatırladaq ki, Braziliyada 2022-ci il noyabrın 30-da prezident seçkilərinin ikinci turunda Lula da Silva səslərin 50,9 faizi yığaraq prezident seçilib
Seçkinin nəticələrinin açıqlanmasından sonra Jair Bolsonaronun tərəfdarları ordunu müdaxiləyə çağırıb, bu il yanvarın 8-də isə Konqres, daha sonra isə Prezident Sarayı və Ali Məhkəmənin binasına hücum edib. Sonradan təhlükəsizlik qüvvələri sabiq prezidentin tərəfdarlarını Konqres, Prezident Sarayı və Ali Məhkəmənin binasından çıxara bilib. Olayla bağlı indiyə qədər 1800 nəfər saxlanılıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar