Xəbər lenti
Daha bir rayonda yoxlamalar başladı - İcra başçısı işə çıxmır

Məlumata görə, icra başçısı Süleyman Mikayılov yanvarın əvvəlindən işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib.
İcra başçısının səlahiyyətləri isə birinci müavini Emil Abbasova həvalə edilib.
Süleyman Mikayılovun yaxın vaxtlarda vəzifəsindən azad olunması istisna edilmir.
Əldə etdiyimiz başqa məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçsının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.
Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar