Manevr.az qaynarinfo-ya istinadla bildirir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə isə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.
Əlavə edək ki, həmin illərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olub.
Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.