Manevr.az Qaynarinfo-ya istinadla xəbər verir ki, uzun illər sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi olmuş, hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini vəzifəsini tutan Firdovsi Umudov da qiyməti 1 milyon manata yaxın retro avtomobilə sahibdir.
Əldə etdiyimiz məlumata görə, Firdovsi Umudov 1936-cı il istehsalı olan "BMW 326 Bj” avtomobili almaq üçün 600 min manata yaxın puldan keçməli olub. O, həmçinin avtomobil üçün öz ad və soyadına uyğun dövlət nömrə nişanı da alıb - 99-FU-990.
Qeyd edək ki, Firdovsi Umudov özü də avtomobilin fotosunu "WhatsApp” profilində də paylaşıb.
Onu da bildirək ki, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Firdovsi Umudov 2022-ci ildə polkovnik hərbi rütbəsi ilə təltif edilib.