Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polisdə qeydiyyata düşmək tələbi niyə gündəmə gəlib? - AÇIQLAMA

Tarix: 19-01-2023 16:27     Baxış: 3270 A- / A+


Polisdə qeydiyyata düşmək tələbi niyə gündəmə gəlib? - AÇIQLAMA

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində müvafiq sənədlərlə ərazi üzrə polis orqanına müraciət etməlidir.
Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.
Manevr.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az-a açıqlamasında deyib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində bu məsələ qanun çərçivəsində öz həllini tapıb:
"İnsanlar qanunvericiliyin tələblərinə əməl edib qeydiyyata düşür. Artıq Azərbaycanda da bu sistem tətbiq olunacaq. Bu cür hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir”.
Ç.Qənizadə hesab edir ki, ölkə vətəndaşlarının yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi mütləqdir. Bu vətəndaşların dövlət üçün əlçatan olmasını təmin edir:
“Hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə bağlı müvafiq dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən, həmin şəxsləri tapmaqda müəyyən çətinliklər yaranır. Həmin vətəndaşa gedən məktub, məhkəmə çağırışları və digər sənədlərin çatımlılığı da problemə çevrilir. İş, proses yubanır. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün qeydiyyatın aparılması vacibdir. Vətəndaşların daimi və müvəqqəti yaşamaq niyyətində olduğu ünvanı müəyyənləşdirmək mühümdür. İnsanların yaşadığı yerdə qeydiyyata düşməsi cinayətkarlığa qarşı mübarizə zamanı da hüquq-mühafizə orqanlarının daha çevik əməliyyat həyata keçirməsinə imkan yaradır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar