Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq şairinin qardaşının cinayət işinə xitam verildi

Tarix: 19-01-2023 13:23     Baxış: 3252 A- / A+


Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının polkovnik qardaşı, hazırda Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyevlə bağlı cinayət işinə xitam verilib.
Manevr.az xəbər verir ki, bu barədə Ə.Əliyev özü açıqlama yayıb.
O bildirib ki, 13 noyabr 2019-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən insanları qanunsuz daşıma faktına görə şübhəli şəxs kimi saxlanılıb:
“3 aydan sonra - 19 fevral 2020-ci ildə isə barəmdə olan həbs qətimkan tədbiri dəyişdirilmişdi və həbsdən azad edilmişdim. Barəmdə olan cinayət işi araşdırılırdı. 2019-ci ildə 6 ay ərzində telefon danışıqlarım dinlənilmişdi. Həbs olunan zaman üstümdə olan bir ədəd mobil telefon, ofisdə və evdə aparılan axtarışlar zamanı 4 ədəd mobil telefon, 3 ədəd laptop, 2 ədəd kompüter, eləcə də bütün sənədlər və qeyd dəftərləri götürülmüşdü.
Telefon danışıqlarım, email və Vatsap yazışmalarım da daxil, bütün sənədlərin yoxlanılması və bəzi şəxslərin ifadələrinin alınması 2023-cü ilin yanvar ayına kimi davam edib. 2017-ci ilin yanvar ayından sonrakı bütün fəaliyyətim araşdırıldı və fəaliyyətimdə hansısa hüquq pozuntusunun olması müəyyən edilmədi. 2 yanvar 2023-cü ildə isə barəmdə olan cinayət işinə xitam verilməsi haqqında Düsseldorf Prokurorluğunun qəbul etdiyi qərar vəkilimə göndərilib və saxlandığım hər gün üçün təzminat ödəniləcəyi bildirilib.
İstintaq zamanı müəyyən etdim ki, barəmdə eyni məzmunlu anonim şikayətlərlə yanaşı, rəsmi şikayət edən və əleyhimə ifadə verən də olub. Əleyhimə ifadə verən şəxs verdiyi ifadəyə uyğun Meydan TV-yə müsahibə də verib. Meydan TV isə Almaniyada 3 dəfə məhkum olunmuş birinin ünvanıma dediyi “Əlövsət ölüyə də, diriyədə saxta sənəd satır" ifadəsini çəkinmədən paylaşmışdı.
Təbii ki, bu müddətdə itirdiklərim az olmadı...
Ən çox itirdiyim isə insanlara, xüsusən yalanın qurbanına çevrilən KİV təmsilçilərinə olan güvənim oldu.
Məni tanıyanlar, xüsusilə ailəm və yaxınlarım ilk gündən bunun şər və böhtan olduğuna özüm qədər əmin idilər.
Yalan olduğunu bilərək şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumatları paylaşanlar, əleyhimə KİV-lərə müsahibələr verməklə cəmiyyətdə məni gözdən və nüfuzdan salmağa çalışanlar şübhəsiz ki, qanun çərçivəsində cavab verməli olacaqlar.
Saxlandığım ilk gündən bunun bir anlaşılmazlıq olduğuna əmin olan ailə üzvlərimə və saxlandığım müddətdə mənə güvənərək barəmdə həqiqətə uyğun məlumat paylaşanların qarşısında dayanan hər kəsə təşəkkürümü bildirirəm!”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar