Xəbər lenti
Ehtiyacı olanlara alış-veriş kuponları paylanılır

Hökumət tərəfindən verilən çeklər Tesco, Asda və Morrisons kimi böyük supermarketlərdə etibarlı olacaq.
Son qırx ilin ən yüksək inflyasiyası ilə mübarizə aparan Böyük Britaniyada artan yaşayış xərcləri yüz minlərlə vətəndaşın çətin bir qış keçirməsinə səbəb olur.
Böyük Britaniyanın Ev Təsərrüfatlarına Dəstək Fondu ehtiyacı olanlara dəstək olmaq üçün yerli hökumətlərlə 421 milyon funt sterlinqlik resurs paylaşdı.
Ən böyük dəstək ərzaq alış-verişinə ayrılıb.
Uşaqlı ailələrin qida və içki qıtlığından əziyyət çəkməməsi üçün ehtiyacı olan ailələrə 147-180 lirə arası alış-veriş çekləri paylanıb.
Ehtiyacı olanlara kuponların elektron şəkildə göndərilməsinə başlanılıb.
2024-cü ilin mart ayına qədər davam edəcək Ev Təsərrüfatlarına Dəstək Fondunun yardımı bölgələrə görə dəyişir.
Bundan əlavə, ehtiyacı olanlara enerji, ağ əşyalar və mebel yardımları da fondun verdiyi dəstəklər sırasındadır. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar