Xəbər lenti
Yas mərasimlərində ağı demək qadağan olunmalıdır
Məsələn, götürək mərsiyyə deyənləri... Bu işlə məşğul olan şəxslər yas məclislərini "ağlamaq şousu"na çevirərək, yaxşıca pul qazanırlar. Hansı ki, üzləşdiyimiz bu xoşagəlməz mənzərə nə dinimizdə, nə də adət-ənənələrimizdə məqbul sayılır. Qondarma bir adət kimi yas məclislərinə ayaq açan saxta dindarların ucuz tamaşaları kənardan baxan əksər insanların əsəblərinə toxunur.
Bu nədir axı? İnsanları ağlatmaq üçün niyə pul verməlisən? Sadəcə absurd və gülüncdür. Artıq cəmiyyət olaraq belə neqativ halların qarşısını almaq barədə düşünməli, din pərdəsi altında dələduzluq edənlərə meydan verməməliyik.
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov bildirib ki, yasda edilənlər dindən çox, adət-ənənələr üzrə formalaşıb:
“Yasın müddəti də, yas mərasimində insanların riayət etməli olduqları qaydalar da dini kitablarda öz əksini tapıb. Tək Azərbaycanda yox, bir sıra başqa İslam ölkələrində də dini mətnlərdəki buyruqlarla insanların adətləri arasında fərqlər mövcuddur. Azərbaycanda tarix boyu belə mərasimlər keçirilib. Bu gün də keçirilməyə davam edir. Ancaq dinimizin əsas buyruqlarına zidd hərəkətlər etməməyə xüsusi diqqət yetirilməlidir.
Məsələn, Peyğəmbərimizin hədislərinə, əhli beyt imamlarının kəlamlarına diqqət yetirdikdə insanların Allaha qarşı üsyankarlıq əlaməti kimi qışqırıb-bağırması, öz bədənlərinə zərər vurmasının qadağan olunduğunu görürük”.
Rektorun sözlərinə görə, yas mərasimlərində özünü göstərən israfçılıq qadağandır:
“Bəzən insanların maddi imkanlarının çatmamasına baxmayaraq, kredit götürüb, yaxud borc alıb yas mərasimlərini keçirdiklərinin şahidi oluruq. Bu da qəbuledilməzdir. Çünki Peyğəmbərimizin buyruğu açıqdır. Həzrəti Əlinin qardaşı Cəfəri-Təyyar şəhid ediləndə Peyğəmbərimiz öz ailəsinə demişdi ki, Cəfərin ailəsinə yemək aparsınlar. Yəni vəfat edənin ailəsinə yemək aparılmalıdır, çünki onlar özləri üçün yemək bişirəcək halda olmurlar. Vəfat edənin ailəsi isə insanlara yemək vermək məcburiyyətində deyil”.
Yas mərasimlərində ağı demək ləğv edilə bilərmi?
A.Şirinov suala cavabında deyib: “Bu məsələlər elədir ki, cəmiyyət özü bunları tənzimləməlidir. İnzibati qaydada qadağaların effekt verəcəyini düşünmürəm. İlk növbədə burada din xadimlərimizin üzərinə vəzifə düşür. Din xadimlərimiz bunun doğru olmadığını, dinimizdə buyrulduğu kimi mərasimin keçirilməsini insanlara başa salmalıdır. Gördüyüm odur ki, din xadimlərimizin bir qismi bunu insanlara başa salmağa çalışırlar. Get-gedə belə adət-ənənələr cəmiyyətdən yığışacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar