Xəbər lenti
Əkrəm Əylisli təkcə Anarla düşmən deyil – Sabir Rüstəmxanlı
Ə.Əylisli isə verdiyi cavabında Anara qarşı qiyama hazırlaşmadığını söyləyib və qarşı tərəf barəsində ittihamlar səsləndirib:
“Mənim Anara qarşı qiyam təşkil etməyim iddiası nağıldır. Ağlına gələni danışır. Allaha and olsun ki, Anar mənə dəstək olmayıb. Əylisdən gəldiyim bu günə qədər hər şeyi özüm etmişəm. Bunu o da bilir, amma hər zamankı kimi inkar edir”.
Tanınmış yazıçılar arasında qalmaqala cəmiyyətin reaksiyası birmənalı deyil. Ziyalı insanlar hesab edirlər ki, Anarla Əkrəm Əylislinin davası ədəbiyyata maraq göstərən gənclər üçün pis örnəkdir.
Bəs bu olayda kim haqlı, kim haqsızdır?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Əkrəm Əylisli təkcə Anarla düşmən deyil:
“İki ağlı başında olan insan mübahisə edir. Bu işə mən müdaxilə edə bilmərəm. Əkrəm Əylisli tək Anarla küsülü deyil. O, öz romanı ilə bir sıra körpüləri yandırdı. Yazdığı roman onu Azərbaycan mühitindən erməni mühitinə apardı. O, sanki Azərbaycan mühitində yaşamır. Məncə, əsas məsələlərdən biri budur. Qeyd etmək lazımdır ki, arada bir-birinə yaxşı sözlər də deyiblər”.
Xalq şairi tanınmış şəxslər arasında qalmaqalların gənclər üçün pis nümunə olması məsələsinə də toxunub:
“Gənclər öz taleyindən, Allahın verdiyi istedaddan, öz seçdiyi yoldan nümunə götürür. Ayrı-ayrı adamların bir-birinə münasibətindən yox. Məncə, bir-birini sevmədiyi halda görüntü xatirinə dost kimi görünməkdənsə, öz yadlığını, düşmənçiliyini açıq şəkildə bəyan etmək daha yaxşıdır. Gənclər nümunəni saxta dostluqlardan yox, prinsipial, öz sözünün ağası olanlardan almalıdır. Gənclərin özünə nümunə götürməli olduqları o qədər məqamlar var. İki yazıçının küsülülüyü onların taleyinə və tərbiyəsinə təsir etməməlidir”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar