Xəbər lenti
2022-ci ildə pensiya çıxanların təqaüdü daha az artacaq?
Fevralın əvvəlində pensiyaların 15 faiz indeksasiya olunacağı gözlənilir. Hökumət ötənilki inflyasiya faizi ilə bağlı rəqəmlərin dürüstləşməsini gözləyir ki, müvafiq qərar verilsin.
Amma bu artım heç də bütün pensiyaçılara şamil edilməyəcək. Belə ki, təqaüdə əlavə olaraq ötən il ərzində verilmiş 200 manat (bu il aylara bölünərək əlavə olunacaq 16.7 manat) 2021-ci ilə qədər pensiya hüququ qazanmış vətəndaşları əhatə edir. Əgər vətəndaş 2022-ci il daxil olmaqla daha sonra pensiyaya çıxıbsa, onun təqaüdü ancaq indkesasiya hesabına artacaq. Yəni pensiyasının 15 faizi məbləğində artıq vəsait alacaq. Məsələn, vətəndaş 300 manat alırdısa, 2023-cü ilin yanvarın 1-dən 345 manat təqaüdlə kifayətlənməli olacaq.
Bu isə pensiyaçılar arasında ayrı-seçiklik kimi qiymətləndirilə bilər. Hökumət ötən ilki sürətli bahalaşmanı, inflyasiyanı nəzərə alaraq, onlara illik 200 manat əlavə müavinət vermişdi. Şübhəsiz ki, sözügedən problemlər bütün vətəndaşları əhatə edir və hökumət onların hər birinin gəlirlərinin artmasında maraqlı olmalıdır.
O zaman hansı məntiqlə, 2022-ci ildə və daha sonra pensiya çıxanların təqaüdü 16.7 manat az olmalıdır? Hökumət qurumları bu paradoksa, ayrı-seçkiliyə aydınlıq gətirsələr, yaxşı olar...azpolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar