Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

150 ildən sonra ilk: İstanbulda tövbə etməyən ermənini...

Tarix: 16-01-2023 21:28     Baxış: 4229 A- / A+
İstanbuldakı (Türkiyə) Erməni Patriarxlığının ona verdiyi müddətdə tövbə etməyən zərgər Levon Qaqaçyan kilsədən xaric edilib.

Qaqaçyana patriarx Saak Maşalyan və dindarlar haqda söylədiyi iddialara görə tövbə etməsi üçün bir həftə vaxt verilmişdi.

Erməni Patriarxlığı Maşalyanın sədrliyi ilə toplanan Ruhani Şurası patriarx və ruhanilər haqda “əsassız iddialar” səsləndirən Levon Qaqaçyanı aforoz etdiyini açıqlayıb.

Açıqlamada Qaqaçyanın doğru yoldan çıxdığı bildirilib.

Kilsədən qovulan Levon Qaqaçyan aforoz qərarına etiraz edib.

“Kilsəmiz təxminən 150-200 ildir ki, heç kəsi aforoz etməyib. Hətta danışdığım onlarla insan patriarxın aforozla bağlı məsuliyyətsiz davrandığını dedi”, - Qaqaçyan bildirib.

Kilsədən xaric edilənlər kilsədəki hüquqlarından məhrum edilirlər. Bundan sonra kilsənin heç bir xidmətindən faydalana bilmirlər. Məsələn, belə adamlar kilsədə toy edə, cənazələri kilsədən çıxarıla, uşaqları vəftiz oluna bilməz. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar