Xəbər lenti
Vasif Talıbovdan doğum günündə gözlənilməz addım

Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş "xan" əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi.
Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun da olduğu bildirilir.
Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun olaraq, "Müəllim Bakıya gedib" deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər.
Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar