Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu avtomobillər sığorta olunmur? - VİDEO

Tarix: 15-01-2023 10:41     Baxış: 4240 A- / A+
Son dövrlərdə ölkəmizdə mühərrikinin həcmi kiçik olan minik avtomobillərinin sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə etməsində ciddi problemlər müşahidə olunur.
Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Səbəb isə bu avtomobillərin taksi kimi istifadə edilməsi və bu səbəbdən də daha çox qəza riskilə üzləşməsidir.
Manevr.az bildirir ki, "Baku" TV-nin əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb.
O, müştəri qismində şirkətlərə müraciət edərək kiçik mühərrikli avtomobil sığorta etmək istədiyini bildirib. Şirkətlərdən verilən cavabda isə sistemdə problem olduğunu qeyd ediblər.
Sığorta eksperti Əli Bayramov mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, sığorta şirkətləri mühərrikinin həcmi 2,5-ə qədər olan avtomobillərə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər: “Əslində qanunvericiliyin tələbinə baxsaq, sığorta şirkətləri əsla imtina edə bilməzlər”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar