Sizin Reklam Burada
Xəbər lenti
24-01-2025
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Şahbuzun Kolanı kəndində 2 kilometrlik hasar sökülür - Şəkillər

Tarix: 13-01-2023 22:51     Baxış: 3302 A- / A+
Şahbuzun Kolanı kəndində 2 kilometrlik hasar sökülür
Şahbuz rayonunun Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən Kolanı kəndində 2 kilometr uzunluğunda olan hasar sökülür.   

Kənd əhalisinin uzun illərdir qarşılaşdığı problem artıq aradan qaldırılır. Hasar sökülərək giriş qapıları açılır.
 
1600-dən artıq əhalinin yaşadığı Kolanı kəndinin sakinləri bildirirlər ki, 10 ilə yaxın müddətdir evlərinin qarşısına hasar çəkilib. Nəticədə yüzə yaxın evin kəndin əsas yolu ilə əlaqəsi tamam kəsilib. Sakinlər ya uzun yol qət edib hasarın o başına qədər getməli, ya da hasardan hansısa yolla aşmalı idilər. Xüsusilə yaşlı kənd sakinləri üçün bu hal daha böyük çətinlik törədib.
 
Bununla bağlı aiddiyatı qurumlara şikayət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
 
Qeyd edək ki, ölkədə tikinti-quruculuq işləri prioritet istiqamət kimi diqqətdə saxlanılır və bu işlərə xeyli vəsait ayrılır. Məqsəd isə əhalinin rahatlığını təmin etmək, məskunlaşmanı artırmaqdır. Kolanı kəndini iki hissəyə bölən bu hasarın tikilməsinə on minlərlə manat vəsait ayrılması isə əksinə, izafi xərclərə yol verilməsinə, sakinlərin rahatlığının pozulmasına yol açmaqdan başqa heç bir işə yaramayıb.report

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar