Xəbər lenti
Aqil Məmmədov: "Prezidentin mesajları Ermənistana sonuncu xəbərdarlıqdır"
Aqil Məmmədov
“Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində verdiyi mesajlar həm Ermənistan rəhbərliyinə, həm də, Ermənistanın havadarlarına ciddi və bəlkə də sonuncu xəbərdarlıq olmalıdır. Çünki, cənab Prezident 2023-cü ili Ermənistan üçün fürsət ili adlandırdı”.
Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Məmmədov bu fikirləri Turkustan.az-a açıqlamasında, Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalar müsahibəsi zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən söyləyib.
Millət vəkili bildirib ki, dövlət başçısının müsahibədə ölkə həyatının bütün sahələri ilə bağlı doğlun məlumatları həm yola saldığımız 2022-ci illə bağlı xalqa hesabat xarakteri daşıyırdı, həmçinin, yeni ildə və gələcəkdə ölkəmizin perspektivləri ilə bağlı məlumat verilirdi. “Qarabağ və Şərqi Zəngəzur ərazisində aparılan genişmiqyaslı quruculuq işləri haqqında danışan dövlətimizin başçısı azad olunmuş rayonların bir çoxuna artıq bu il Böyük Qayıdışın başlanacağını bildirdi. Dövlətimizin başçısı ölkədə aparılan davamlı islahatların nəticəsi kimi, ötən il ərzində ümumdaxili məhsulun rekord həddə yüksəlməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi ilə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, eləcə də əhalinin sosial təminatının gücləndirilməsi ilə bağlı məsələləri geniş və ətraflı şərh etdi. Ölkəmizin hərbi qüdrətinin artırılması ilə bağlı sualları cavablandırarkən Prezident İlham Əliyev Ordumuzun daha müasir standartlar əsasında davamlı olaraq təkmilləşdirilməsini bildirdi və hazırda dünyada gedən proseslərə adekvat olaraq gələn illər ərzində müdafiə sənayesinin daha yüksək templərlə inkişaf etdiriləcəyini bəyan etdi”.
A.Məmmədovun sözlərinə görə Ermənistan sülh müqaviləsini imzalaması üçün əlavə şərtlər irəli sürməyə çalışır, bununla da bölgədə təhlükəsizliyin bərqərar edilməsinə maneçilik törədir: “Burada Ermənistanın havadarlarının təxribatçı mövqeyi az rol oynamır. Çünki, Ermənistan müharibədə məğlub olmuş və məğlubiyyət aktına imza atmış tərəf kimi üzərinə götürdüyü öhdəliklərin icrası ilə məşğul olmalıdır. Amma, ona başda Fransa olmaqla, cəsarət verən qüvvələr, əslində Ermənistanı fəlakətə sürükləyirlər: “Məqsəd heç də bölgədə sülhü və təhlükəsizliyi dəstəkləmək yox, Ermənistanı öz təsiri altında saxlamaq və bölgə dövlətlərinə özünün təzyiq siyasətini həyata keçirmək üçün ondan yararlanmaqdır. Lakin, dünyada imperializmin, koloniya tarixinin əsasını qoymuş bu dövlətlər unudurlar ki, artıq, bölgədə bu cür müstəmləkə siyasəti uğur qazana bilməz. Bu baxımdan, Fransa, Avropa qurumları özlərinin Cənubi Qafqaz siyasətində ciddi korrektlər etməlidir”.
Bəzi dövlətlərin Ermənistanı hücum silahları ilə silahlandırmaq təşəbbüsləri haqda Prezidentin xəbərdarlığından danışan MM deputatı bildirib ki, Azərbaycan Prezidenti Ermənistana və bu ölkəni silahlandırmağa çalışanlara açıq mesaj verdi: “”Bu mesaj ondan ibarətdir ki, Azərbaycan özünə təhlükə hesab etdiyi hər hansı mənbəni məhv edəcək. Bu mənbə harada yerləşdirilməsindən asılı olmayaraq. Özünümüdafiə hər bir dövlətin haqqıdır. Ermənistan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur. Ermənistan Praqada razılaşdırılmış, sonra isə Soçidə təsdiq edilmiş məsələləriin icrasını təmin etməlidir. Rəsmi İrəvan bir tərəfdən imza atdığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq edir, digər yandan, hələ də, hərbçilərini bölgədən çıxarmayıb. Bu ikibaşlı siyasətə son qoyulmalıdır. Yoxsa, nəticələr Ermənistan üçün daha ağır olacaq”.
Dövlət başçısının müsahibədə Qərbi Azərbaycana qayıdış haqqında söylədiklərinin tarixi və hüqüqu əsaslara söykəndiyini deyən A.Məmmədov diqqətə çatdırıb ki, bu niyyət reallıqlardan formalaşır: “Cənab Preziden deyir ki, biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik, ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik. Qərbi Azərbaycana qayıdacağıq”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin birbaşa rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan geniş infrastruktur işləri Böyük Qayıdışa olan inamı daha da artırır: “Ölkə Prezidentinin qayıdışın sürətləndirilməsi ilə bağlı fikirləri keçmiş məcburi köçkünlər arasında böyük sevinclə qarşılanıb”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar