Xəbər lenti
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqublu yanvarın 5-dən aclıq edir, aksiyanı həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Bakının Qaraçuxur qəsəbəsindəki evində aclığa başlayıb.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır ki, cəbhəçilər Gülnarə Rəhimova və Günel Babayeva Maya Yaqublu ilə birgə aclıq edirlər.
Müsavat Partiyasının Binəqədi rayonundakı mərkəzi qərargahında aclıq edən şəxslərin 1-i müsavatçı (Əziz Məmiyev), 11-i AXCP üzvüdür (Babək Həsənov, Ceyhun Novruzov, Zamin Salayev, Seymur Əhmədsoy, İsmayəddin Qasımov, Zəkərulla Nağıyev, Tofiq Məmmədov, Təvəkkül Həsənov, Sakit Məmmədov, Elnur Quliyev, Əlizamin Kazımov).
Bütün aksiyaçılar Tofiq Yaqubluya və siyasi motivlərlə tutulmuş başqa şəxslərə azadlıq, inzibati həbs məntəqəsində saxlanma şəraitini yaxşıladırmaq tələbləri qoyub.novator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar