Xəbər lenti
Əvəz Zeynallı görmə qabiliyyətini itirə bilər- AÇIQLAMA
“Artıq ikinci aydır ki, Əvəz Zeynallı ilə nə telefon danışığına, nə də görüşə icazə vermirlər. Yalnız vəkilləri ilə görüşə bilir”.
Manevr.az bildirir ki, bunu Musavat.com-a Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib. O qeyd edib ki, həyat yoldaşının səhhətində ciddi problem yaranıb:
“Şəkəri və təzyiqi yüksəkdir, görmə qabiliyyətini itirmək üzrədir. Təcili əməliyyat lazımdır. Bir neçə yerə müraciət etmişik, lakin heç birindən xəbər çıxmayıb. Dəfələrlə efirdən, hüquq müdafiəçiləri vasitəsilə də Ombudsman Aparatına müraciət etmişik, ancaq oradan da reaksiya yoxdur. Yenidən müraciət edəcəyik ki, heç olmasa əməliyyata icazə versinlər. Vəkilləri ilə görüşündü problem yoxdur. Ötən gün görüş olub. 3 vəkili var. Bu gün də yanına gedəcəklər. Növbə ilə görüşürlər. Ailəsi ilə görüşlərə isə icazə verilmir”.
Xatırladaq ki, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.
Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.
Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.
Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğunu bəyan edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar