Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Videosu yayılan direktor: “Hazırda polis şöbəsindəyəm”

Tarix: 11-01-2023 15:05     Baxış: 3267 A- / A+

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir məktəb direktorunun biabırçı görüntüləri gündəm olub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bu dəfə videosu ilə gündəmə gələn İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.
Direktor “Bəxt üzüyü” filmindəki “Moşu”nun Seda ilə dialoqunu yataqda  yamsılayıb. 
Mövzu ilə bağlı yenisabah.az məktəb direktoru ilə əlaqə saxlayıb. 
Ə.İsayev sözügedən görüntülərin ona qarşı təxribat xarakterli yayıldığını bildirib:
“Yayılan görüntülərdən xəbərim var. Bu məsələni böyütməkdə məqsəd mənim yerimə keçməkdir. Bunu yayan məktəb işçilərindən biridir və yerimə keçmək istəyir. Həmin görüntülərdəki qızı sonradan mənim görüntümün yanına montaj ediblər. Həmin video mənim tələbəlik vaxtımın çəkilişidir, o vaxt “TikTok” yox idi. Sonradan həmin görüntünün yanına o qızı əlavə ediblər və başlayıblar sosial şəbəkələrdə paylaşmağa. Mənim adıma hesablar açıb paylaşım edirlər”.
31 yaşlı yaşlı məktəb direktoru görüntüləri yayanlardan polisə şikayətçi olduğunu bildirib:
“Hal-hazırda polis şöbəsindəyəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək üçün gəlmişəm. İstəyirəm ki, bu məsələ araşdırılsın, tapılsın görək videonu yayanlar kimlərdir. Onlardan şikayətçi olacağam”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar