Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağımızda da idman obyektləri yaradılacaq..." - Deputat

Tarix: 10-01-2023 19:51     Baxış: 3295 A- / A+

Müşfiq Məmmədli
Milli Məclisin deputatı


Azərbaycan hər zaman idman ölkəsi kimi tanınmışdır. Bu ənənə indi də davam etməkdədir. İdman uğurlarını yaşlı nəsildən miras olaraq alan gənc idmançılarımız uğurlara uğur qatmaqda davam edirlər. Əlbəttə ki, dövlətimizin, cənab prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı, dəyər verdiyi bu sahədə uğur qazanmamaq sadəcə olaraq mümkün deyil. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçirilib və keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın isə son mərhələsindəyik. 
Qarabağ zəfərindən sonra azad edilmiş torpaqlarımızda idman sahəsinin də inkişaf etdirilməsi və bununla bağlı bir sıra məsələlərin həll edilməsi yönündə artıq addımlar atılmışdır. İşğaldan azad edilmiş şəhərlərin baş planı artıq hazırlanıb, təsdiq edilib və bütün bərpa-quruculuq işləri məhz bu baş planlar əsasında aparılacaq və Qarabağımızda da idman obyektləri yaradılacaqdır. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsinin də işlənməsi dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.  
Biz idmançılarımızın hər zaman qələbə qazanacağına əminik və bu yolda onlara uğurlar arzulayırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar