Xəbər lenti
“Siz öz övladınızın altını batırmasına razı olarsınız?” - Nazirlikdəkilərə tərs sual
Bəs görəsən, bu problemlərin kökündə nə dayanır?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda ölkədə 900-ə yaxın qəzalı vəziyyətdə olan məktəbin olduğunu deyib:
“Hazırda Azərbaycanda 4432 orta məktəb var və son 15 il ərzində həmin məktəblərin 3500-ü ölkə Prezidenti İlham Əliyevin sərəncamı, eyni zamanda Heydər Əliyev Fondunun vəsaiti hesabına ya tamamilə yenidən tikilib, ya da əsaslı təmir olunub. Buna baxmayaraq, 900-ə yaxın məktəb qəzalı vəziyyətdədir.
Təhsil 3 komponentdən ibarətdir: təhsil alan, təhsil verən və məkan. Təhsil alan şagirdlərdir, bu gün bizim məktəblərdə 1.6 milyon şagird təhsil alır, təhsil verən müəllimlərimizdir, 150 min müəllim var. Məkan olaraq isə məktəbin inzibati binasından söhbət gedir”.
Ekspertin sözlərinə görə məktəblərdə əsas problemlərdən biri mövsümi (istilik) problemlərdir:
“Bu gün məktəblərimizdə ən ciddi problem mövsümi olanlardır. Elm və Təhsil Nazirliyi, Regional təhsil idarələri isti kabinetlərində ilboyu otururlar, mövsüm gəldikdə isə problemlər hamısı birdən başlayır. Məsələn, qış mövsümündə əsas problem istilik olur, idman zallarının isdilməsi, yaxud sanitar qovşaqlar. Nazirlik hər rayona gedib baxa bilməsə də, regional qruplar mütləq məktəblərə getməli, yoxlamalıdır. Direktorlara sorğu göndərməlidirlər ki, tədrisin normal təşkili üçün məktəblərdə nə çatmır.
Bir müddət əvvəl xəbərlər çıxmışdı ki, bölgələrimizin birində müəllimlər öz vəsaitləri hesabına məktəbə odun alıb. Dövlət büdcəsindən 2023-cü ildə tədris üçün 4 milyard 400 milyon manat vəsait ayrılıb. Bu Ermənistanın, Gürcüstanın illik büdcəsindən də çoxdur və biz bunu təkcə təhsil üçün ayırmışıq. Azərbaycan şagirdlərə pulsuz təhsil verir, pulsuz dərsliklər paylayır, bütün şəraitlə təmin edir, amma biz yerlərdə bu vəsaitin istifadəsində problemlər görürük. Məktəblərdə marker pulu, A4 kağızı pulu yığılır. Hər zaman deyirəm ki, öz övladınızın necə təhsil almağını istəyərdinizsə, bütün şagirdlərə də o cür yanaşın. Siz öz övladınızın ayaqyolu növbəsində qalmasıns, sıra ona çatmadığı üçün altını batırmasına razı olarsınız? Öz övladınız onu etsə, sizə xoş gələr? Yox. Yanaşma hər dəfə bu cür olmalıdır.
Bu gün məktəblərdə idman zalları demək olar ki, isidilmir. Uşaqları idman dərsində ora aparırlar, hamısı soyuqlayır. Dərsə davamiyyət 50 faizin altına düşüb, təbii ki, burada hava şəraitinin də rolu var, amma məktəblərdə normal istilik sistemi olsaydı, valideynlər övladlarını məktəbə aparardılar”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar