Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə qoyulmuş həbs götürüldü

Tarix: 10-01-2023 14:45     Baxış: 3318 A- / A+
Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə qoyulmuş həbs götürüldü 
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib.
 
Manevr.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.
 
Məhkəmə belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən ev cinayət yolu ilə əldə edilməyib, bu əsasla həbs qərarı əsassızdır.
Qeyd edək ki, Rasim Məmmədov əvvəlki prosesdə həmin evi 2009-cu ildə Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.
 
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlakları da müsadirə olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar