Sizin Reklam Burada
Xəbər lenti
31-12-2025
BÜTÜN XƏBƏRLƏR

“WhatsApp”da daha bir yenilik - ŞƏKİL

Tarix: 09-01-2023 18:43     Baxış: 4293 A- / A+
“WhatsApp”ın təqdim etdiyi yeni funksiya istifadəçi rahatlığını artıracaq.
Manevr.az-ın məlumatına görə, tətbiqin hazırkı yeniliyi mesajları “QR kod” ilə daşımaq qabiliyyətidir.
“WhatsApp”da söhbətlərinizi başqa telefona köçürməzdən əvvəl “Google” hesabınızı qoşmalı və söhbətləri buludlara yükləməli idiniz. Yedəkləməni yeni cihazınıza endirdikdən dərhal sonra mesajın ötürülməsi prosesi tamamlanırdı.
Yeni mesajdaşıma funksiya isə “QR kod”dan istifadə edərək bütün söhbətlərinizi başqa telefona köçürməyə imkan verir. Bu yolla artıq mesajları buludlara, daha sonra yeni cihaza yükləməyə ehtiyac qalmayacaq.
“WhatsApp”ın mesajları daşıma funksiyasından istifadə etmək üçün əvvəlcə proqram daxilindən “Parametrlərə” daxil olmalısınız.
Daha sonra “Söhbətlər” bölməsinə keçin və oradan “Mesajları köçürün” üzərinə klikləyin .
"Mesajları daşı" bölməsində köçürmə prosesi üçün “QR kod” yaradılacaq. Bunu yeni telefonunuzun kamerası ilə oxudduğunuz zaman proqram mağazasına yönləndiriləcəksiniz. “WhatsApp”-ı buradan yükləyin. Tətbiqi açdığınız zaman hesabınıza avtomatik olaraq daxil olacaq və bütün söhbətləriniz köçürüləcək.
Yeni funksiyanın yaxın günlərdə hər kəsin istifadəsinə veriləcəyi gözlənilir. Bundan əlavə, mesajın daşınması hələ inkişaf mərhələsində olduğundan, onun istifadəsində bəzi dəyişikliklər ola bilər.
Qeyd edək ki, “WhatsApp”ın yeni funksiyasından istifadə edərkən köçürərkən xəta ilə qarşılaşa bilərsiniz. Çünki bəzi istifadəçilər mesajların tam ötürülmədiyini, bəziləri isə bütün mesajların silindiyini və köçürmə prosesinin tamamlanmadığını bildirirlər.//modern.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar