Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya artımları nə qədərdir və nə zaman ödəniləcək?

Tarix: 09-01-2023 13:33     Baxış: 3283 A- / A+
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq, təxminən 15 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi daha çox ünvanlanan suallardandır.
Manevr.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, yeni dəyişikliklərə əsasən, bu ildən ilk dəfə olaraq maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının indeksasiya olunması həyata keçiriləcək:
“Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq”.
Ekspertin sözlərinə görə, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək:
“2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası təxminən 62 manat artacaq.
2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar