Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kim istəyirsə, öz evini tiksin! - Qarabağın deputatlarından TƏKLİFLƏR

Tarix: 07-01-2023 22:21     Baxış: 3240 A- / A+
Kim istəyirsə, öz evini tiksin! - Qarabağın deputatlarından TƏKLİFLƏRPrezident İlham Əliyev ötən il noyabrın 16-da işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramını təsdiqləyib. Bununla da Böyük Qayıdışla əlaqədar bütün vəzifə və tapşırıqlar müəyyən edilib, bərpa-quruculuq işləri daha geniş vüsət almağa başlayıb.
 

Hazırda işlər nə yerdədir? Böyük Qayıdışla bağlı hansı təkliflər var? 
 
Manevr.az-ın məlumatına görə, bu barədə modern.az-a danışan Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov bildirib ki, Böyük Qayıdışla bağlı tədbirlər planında bütün vacib məqamlar öz əksini tapıb:
 
"Tədbirlər planı bizə ən qısa vaxtda Qarabağa qayıtmaq üçün imkan və şərait yaradacaq. Burada orta məktəblər, peşə məktəbləri və ayrı-ayrı dövlət qurumları ilə bağlı layihələr yer alır. Hesab edirəm ki, bütün bu layihələr zamanla həyata keçiriləcək".
 

Deputat azad edilmiş ərazilərlə bağlı təkliflərini də dilə gətirib:
 
"Şərqi Zəngəzur və Qarabağda universitetlərin yaradılmasını təklif edərdim. Sözügedən universitetlərin açılması, hər iki regionla bağlı həqiqətlərin yayılmasına, erməni yalanlarının ifşasına, Şərqi Zəngəzur və Qarabağ ifadələrinin siyasi baxımdan güclənməsinə öz mühüm töhfəsini verə bilər. Qarabağ regionunda Ağdam şəhərində, Şərqi Zəngəzurda isə Zəngilan, yaxud Cəbrayıl ərazilərində kampus şəklində universitetler açıla bilər. Eyni zamanda cənab Prezidentin bilavasitə göstərişilə Ağdamda, Zəngilanda məscidlərin bərpa edildiyi məlumdur. Ancaq Cəbrayıl və Qubadlı kimi rayonlarımızın mərkəzində məscid yoxdur. Bu rayonların mərkəzlərində məscidlərin inşa olunması tarixi əhəmiyyətli rol oynaya bilər. Eyni zamanda dövlətimizin gələcək inkişafına öz töhfəsini verər. Çünki bu gün dünya siyasətində ərazinin hansı millətə məxsus olduğunu həm də oranın atributları göstərir. Bu baxımdan tədbirlər planına bu məsələnin salınması məqsədəmüvafiq olardı.
 
Bundan əlavə, xalçaçılığın inkişafı istiqamətində də addım atmalıyıq. Qarabağ xalçasının dünyada məşhur olması hər kəsə məlumdur. Eləcə də Qarabağın hər bir rayonunun özünəməxsus xalçaları var. Xalça sexlərinin yaradılması, dövlətin bu sahəyə diqqət və dəstək göstərməsi xüsusi önəm daşıyar. Bölgənin turizm potensialı nəzərə alınmaqla otellərin tikilməsi və müasir infrastrukturun yaradılması istiqamətində də düşünmək lazımdır.  Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni zavod və fabriklərin tikilməsi də yaxşı olardı. Bu da bizim ümumi fəaliyyətimizə öz müsbət töhfəsini verə bilər".
 
Deputat qayıdış prosesini sürətləndirmək üçün görüləcək işlərdən də söz açıb:
 
"Düşünürəm ki, dövlətin gördüyü işlərin daha da sürətlənməsi üçün özəl sahədə çalışan insanların tikinti-quruculuq işlərinə cəlb olunması məqsədəuyğun olardı. Bu gün elə insanlar var ki, onlar öz evlərini tikə bilərlər. Dövlət konkret bir nümunə və plan seçə bilər. Həmin plan əsasında insanlar öz evlərini tikə bilərlər".
 

Kəlbəcərin deputatı Aqil Məmmədov da vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə Böyük Qayıdışla bağlı işlər sürətlə davam etdirilir, proses plan üzrə aparılır.
 
"Böyük Qayıdışla bağlı dövlət proqramı təsdiqlənməmişdən qabaq Zəngilanın Ağalı kəndində "Ağıllı kənd" konsepsiyası çərçivəsində yaşayış məntəqəsi tikildi. Əvvəllər orada yaşamış insanlar öz ata-baba yurdlarına qayıtdılar. Dövlət tərəfindən ərazidə dayanıqlı və təhlükəsiz yaşayış üçün bütün zəruri prosedurlar həyata keçirilir. Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Bu proqrama əsasən ilkin mərhələdə bir çox işlərin görülməsi, xəstəxanaların, yaşayış məntəqələrinin, mədəniyyət binalarının, məktəblərin tikilməsi və s. nəzərdə tutulur. Əlaqələndirmə Komissiyasına hər altı aydan bir görülmüş işlərlə bağlı məlumat verilməsi barədə göstəriş verilib. Bu da bütün məsələlərin birbaşa cənab Prezidentin nəzarəti altında olduğunu göstərir. Hesab edirəm ki, proqramda nəzərdə tutulmuş işlər keyfiyyətlə və vaxtında həyata keçiriləcək".
 
Parlamentari Böyük Qayıdışla bağlı öz təkliflərini də verib:
 
"Mən istərdim ki, Ağdərə yolunun açılması ön plana çəkilsin. Eyni zamanda Göygölün Toğanalı kəndindən Kəlbəcərə gedən tunel yolunun tikintisi sürətləndirilsin. Hər iki yolun vaxtından əvvəl istifadəyə verilməsi Kəlbəcərdə tikinti-quruculuq işlərinin daha sürətlə davam etdirilməsinə təkan verəcək. Digər tərəfdən bütün Qarabağ ərazisində təhlükəsizlik təmin edilməklə əhalinin yaşayışının təmin edilməsi prosesi sürətləndirilməlidir. Düzdür, orada vətəndaşlar üçün müasir tələblərə cavab verən yaşayış məntəqələrinin tikintisi nəzərdə tutulur. Amma düşmənin gözünü ərazilərimizdən çəkməsi üçün əhalinin ora daha tez vaxtda qayıtması təmin olunmalıdır. Bu həm də orada xidmət edən əsgərlərimizə böyük mənəvi dəstək olar. 
 
Digər yandan kim özü orada ev tikməyə qadirdir və bunun üçün müraciət edirsə, ona şərait yaradılmalıdır. Əlbəttə ki, bütün işlər plana uyğun olmalıdır. Beləliklə, dövlət bir neçə evin tikintisindən azad olacaq. Bu da dövlətin işinin yüngülləşməsinə təkan verəcək və qayıdışın tezləşməsinə gətirib çıxaracaq. Sonda Qarabağa qayıdacaq vətəndaşlarımızın məşğulluq problemləri həll olunmalıdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar