Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu avtobusların sürücüləri işə çıxmaqdan imtina edirlər

Tarix: 07-01-2023 22:10     Baxış: 3286 A- / A+

Sumqayıtda 10 A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri bu gün səhər saatlarında işə çıxmaqdan imtina ediblər. Nəticədə əksər sərnişinlər səhər saatlarında yolda qalıblar. Sürücülər iddia edirlər ki, gündəlik planın məbləği yüksəkdir.

Ümumilikdə xətt üzrə 30 sürücü var. Bu gün onlardan 14-ü işləməli imiş. Sürücülər iddia edirlər ki, ödəməli olduqları gündəlik planın məbləği yüksəkdir. Buna görə də işə çıxmaqdan imtina ediblər.
Belə vəziyyətdə ən çox əziyyət çəkən isə sərnişinlər olub.

Məsələ ilə bağlı “Nəqliyyat MMC-1”in qaraj rəisi Sirac Səfərov bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edərək görüş keçiriblər. Şikayətləri dinlənilib. Qərara alınıb ki, gündəlik planda güzəşt edilsin.

Həmçinin sürücülərə bildirilib ki, gündəlik planın həcmi onları qane etmirsə, başqa xətt üzrə fəaliyyət göstərən avtobusda çalışa bilərlər. Lakin onlar bununla razılaşmayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar