Xəbər lenti
Xəstəliyinə görə yardım kampaniyası başladılan gənc sağaldı - ŞƏKİLLƏR
Bir müddət əvvəl sosial şəbəkədə sağalması üçün yardım kampaniyasına başlanılan ürək xəstəliyindən əziyyət çəkən gənc Sərxan Zərbəliyev əməliyyat olunaraq sağalıb.
Manevr.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov paylaşım edib.
Onun sözlərinə görə, yenicə ailə quran Sərxan artıq bütün çətinlikləri geridə qoyub: “Gənc ailənin toylarından qısa müddət sonra qarşılaşdıqları problem hamını çıxılmaz vəziyyətdə qoymuşdu. Xəstəlik başqa bir xəstəxanada iki ay sürən müalicəyə heç bir cavab verməmişdi. Vəziyyət daha da pisləşirdi. Sərxanın həyat yoldaşı və anasından başqa heç kim vəziyyətin düzələcəyinə inanmırdı. Çünki söhbət sadəcə ürəyin infeksiyalaşmasından (qapaq endokarditi) getmirdi. Diaqnoz heç bir müalicəyə cavab verməyən endokardit, sepsis, romatoidartrit (bir ildir immunsupresif istifadə edib), aortanevrizması və bilateral periferik arter emboliyası və s. idi. Ən əsası isə altda yatan, 15 il əvvəl diaqnozu qoyulmuş və əməliyyat məsləhət gördüyüm anadangəlmə ürək qüsurunun (subaortik diskret membran) olması idi.
Çox riskli bir vəziyyət olsa da xəstəni qəbul etdik, çətin, eləcə də məsuliyyətli olan qərarı verdik və sonunda ürəyindən və ayaqlarından əməliyyatı icra etdik. Allahın izni və sizlərin duası ilə Sərxan tam sağaldı. Dünən 30 yaşını ailəsi və sevənləri ilə evində qeyd etdi”.
Qeyd edək ki, bir neçə ay əvvəl ailə quran S. Zərbəliyev dekabrın 12-si ağır ürək əməliyyatı keçirmişdi. Lakin infeksiyanın hər iki ayağına yayılması səbəbindən ikinci əməliyyata ehtiyac var idi. Sosial şəbəkə paylaşımlarından sonra S. Zərbəliyevin əməliyyatı üçün tələb olunan vəsait toplanmışdı.“qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar