Xəbər lenti
Separatçıların hava limanı iştahası - "Bakının razılığı olmadan..."
Qarabağdakı separatçı rejimin “spikeri” Artur Tovmasyan Rusiya, ABŞ və Fransaya müraciət ünvanlayaraq Xankəndi hava limanının istifadəsinə dəstək istəyib.
Separatçı qurumun "dövlət naziri" Ruben Vardanyan isə yeganə “xilas yolları”nın hava limanının açılması olduğunu deyib.
Azərbaycanın razılığı olmadan Qarabağ separatçılarının Xankəndi hava limanını istifadəyə vermək cəhdlərini şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, ermənilər yaranmış vəziyyətdən sui-istifadə etmək istəyirlər:
"Onlar iddia edir ki, guya Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya alıb və bu halda Qarabağ erməniləri üçün yeganə çıxış yolu hava limanının istifadəyə verilməsi ola bilər. Fürsətdən yaralanıb bu cür çağırışlar edirlər. Əsas məqsədləri ondan ibarətdir ki, hava limanını işə salsınlar və öz separatçı maraqlarına təmin etsinlər. Ancaq iş burasındadır ki, beynəlxalq aviasiya qanunlarına uyğun olaraq, Xankəndində hava limanının istifadəsi ilə bağlı səlahiyyətlər Azərbaycana məxsusdur. Azərbaycanın razılığı olmadan bu hava limanı heç cür fəaliyyət göstərə bilməz".
Politoloq hesab edir ki, Xankəndi hava limanının açılması üçün Azərbaycan mülki aviasiya administrasiyası orda işləməli, obyekt onun nəzarəti altında olmalıdır:
"Füzuli, Zəngilan hava limanları kimi Azərbaycanın Xankəndi hava limanına nəzarəti bərpa olunmalıdır. Əks halda separatçıların təklif və tələbləri əsassızdır və beynəlxalq hüquq normalarına ziddir. Ona görə də düşünmürəm ki, ermənilər nəyəsə nail ola bilərlər. Onların müraciət etdiyi dövlətlər Azərbaycana təzyiq edə bilməzlər. Çünki bu, beynəlxalq aviasiya qanunlarının pozulması demək olar". bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar